Peker Pekmez millət vəkili olmaq istəyir
24 Mart 2011 Cümə Axşamı 00:53
Aktyor Türkiyənin anamüxalifət partiyasından namizəd olacaq
Türkiyənin məşhur aktyoru Peker Açıkalın iyunun 12-də ölkədə keçiriləcək parlament seçkisində millət vəkilliyinə namizəd olacaq. CHP (müxalifətçi Cumhuriyyət Xalq Partiyası) sıralarından deputat seçilmək istəyən Açıkalın namizədliyini İzmir şəhərindən irəli sürəcək. Bir çox teatr səhnəsində rol alan 48 yaşlı aktyor əsasən “Çiçek Taksi”, “Ekmek Teknesi”, “Avrupa Yakası” və “Yahşi Cazibe” seriallarında canlandırdığı obrazlarla tamaşaçıların yadında qalıb.

Qeyd edək ki, müğənnilər Səbahət Akkiraz və Yavuz Bingöl də millət vəkili olmaq üçün bəxtlərini CHP-də sınayacaqlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar