Paytaxtda 25 yaşlı qız soyulub
08 Dekabr 2009 Çərşənbə Axşamı 10:45
Naməlum şəxslər Aygün Rəhimovaya hədə-qorxu gələrək çantasını və pulunu alıblar
Bakının Sabunçu rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib. Sabunçu rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayon sakini 25 yaşlı Aygün Rəhimova işdən evə qayıdarkən iki naməlum şəxsin hücumuna məruz qalıb. Naməlum şəxslər A. Rəhimovaya hədə-qorxu gələrək onun çantasını, mobil telefonunu və pulunu alaraq aradan çıxıblar. Hazırda həmin şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Azərbaycan Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar