Paris Hilton ərəblərin qəzəbinə tuş gəldi
19 Noyabr 2012 Bazar Ertəsi 21:46
Paris Hilton ərəblərin qəzəbinə tuş gəldi. Buna səbəb amerikalı modelin müqəddəs Məkkə şəhərində magaza açmasıdır.
Səudiyyə Ərəbistanını etiraz dalğası bürüyüb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb “Hilton” otelləri şəbəkəsinin varisi, amerikalı model və müğənni Peris Hilton müqəddəs Məkkə şəhərində magaza açmasıdır.

Səudiyyə ərəbistanlılar sosial şəbəkələrdə bu mağazanın açılmasına və bu mağazaların üzərində Hiltonun özünün şəklinin çəkildiyinə sərt etirazını bildiriblər. Özü də bu butik-mağaza müsəlmanlar üçün müqəddəs olan şəhərin düz mərkəzində açılıb.

Bu da amerikalı ulduzun mənfi retutasiyası ilə bağlı olub. Onun qərb mətbuatında dərc edilən açıq-saçıq fotoşəkilləri, çılpaq rollar aldığı videokliplər, skandallar və sairə əməlləri ərəbləri özündən çıxarıb.

Tanınmış model Paris Hilton özü isə sosial şəbəkədəki səhifəsində Məkkədə açılan mağazası ilə qürur duyduğunu bildirib. Hilton bu münasibətdən narahat olmadığını deyib, səhifəsində cavab olaraq bu sözləri qeyd edib: "Bu mənim Səudiyyə Ərəbistandakı sayca 5-ci, ümumlikdə isə 42-ci mağazamdır. Mənim markamı inkişaf etdirdiyim üçün qürur duyuram".


DOSTLARINLA PAYLAŞ:

oyunlar