Paris Hilton axmaq olduğu üçün qarət edilib
05 Fevral 2010 Cümə 07:35
Paris Hilton axmaq olduğu üçün qarət edilib. Evin açarını ayaqaltının altından tapan oğrular təəccüblənməyib.
Hollivud məhşurlarının evlərini qarət edərək gəlir əldə edən oğru dəstəsi Peris Hiltonun da evini soyub. "Bling Ring dəstəsi" qrupunun üzvü Nik Pruqo 29 yaşlı Perisin ilk hədəfləri olduğunu, çünki onu axmaq hesab etdiklərini deyib. Nik Hiltonun Hollivuddakı 650 kvadratmetrlik malikanəsinin açarını qapının qarşısındakı ayaqaltının altından tapdıqları zaman təəccüblənmədiklərini deyib.
Dəstə üzvləri evdən xeyli nəğd pul və qiymətli əşya oğurlayıb. Ancaq Peris Hilton ikinci dəfə qarət edildikdən sonra, yəni evindən 3 milyon dollarlıq zinət əşyası oğurlandıqdan sonra soyulduğunu fərq edib.
“Vanity Fair” jurnalına müsahibə verən dəstə üzvlərindən biri məhşur ulduzun evindən 5 qram kokain də tapdıqlarını deyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: