Özcan Dəniz Bakıda konsert verəcək
30 Dekabr 2009 Çərşənbə 13:15
Türkiyənin tanınmış müğənnisi və aktyoru Özcan Dənizin Bakı konsertinin tarixi artıq müəyyənləşib.
Bu barədə APA-ya konsertin təşkilatçısı “Qoliaf” media prodakşının mətbuat xidmətinin rəhbəri Azər Nəsibov məlumat verib: “Söz vermişdik ki, konsert 2010-cu ilin əvvələrində baş tutacaq. Vədimizə əməl etdik və Özcanın pərəstişkarlarına bildirmək istəyirik ki, konsert 14 mart tarixində paytaxtımızın ən möhtəşəm konsert salonu olan Heydər Əliyev Sarayında baş tutacaq”.

Xatırladaq ki, müğənninin 5 dekabr tarixində Bakıda keçirilməsi nəzərdə tutulan konsertinin təxirə salınmasının əsas səbəbi türk kanallarının birində Özcan Dənizin “Saman yolu” adlı serialın çəkilişlərində iştirak etməsi olub. Müğənni serialda baş rolu canlandırır.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar