Türkiyədə “2010-cu il Televiziya Ulduzları” mükafatı təqdim olunub. Azərbaycan tamaşaçıları tərəfindən də maraqla izlənən “Öyle bir geçer Zaman ki” seralında Osman obrazını canlandıran
Emir Berke Zincidi keçən ilin ən yaxşı uşaq aktyoru kateqoriyasında mükafata layiq görülüb. Qeyd edək ki, ötən gün keçirilən tədbirdə 43 kateqoriyada mükafat verilib.
Bundan başqa “Öyle bir geçer Zaman ki” “Mövsümün ən yaxşı serialı”, “Ən yaxşı dram serialı”, “Ən yaxşı musiqisi olan serial”, “Ən yaxşı fraqmenti olan serial” kateqoryalarında, filmin Ali kaptanı olan Erkan Petekkaya isə “Ən yaxşı kişi dram aktyoru” kateqoriyasında mükafata layiq görülüb.