Oskarlı aktyor müsəlman olmaq istəyir
25 Yanvar 2012 Çərşənbə 11:04
Liam Neeson İstanbulda azan səsindən çox təsirlənib.
"Oskar" mükafatlı Hollivud aktyoru müsəlman olmağı düşünür. ANS PRESS-in məlumatına görə, 59 yaşlı ulduz Liam Neeson "Taken 2" filminin çəkilişləri üçün İstanbulda olarkən eşitdiyi azandan çox təsirləndiyini və müsəlman olmağı düşündüyünü deyib. Bu barədə məlumatı "The Sun" qəzeti yazıb.

"Azan səsi ilk həftə məni dəli edirdi. Ancaq sonra bu səs mənim özümü tapmağıma səbəb oldu. Bu ən gözəl şeydir", Liam Neeson bildirib.

Neeson İstanbuldakı məscidlərdən çox təsirləndiyini deyib. Onun sözlərinə görə, bəzi məscidlərin möhtəşəmliyi qarşısında heyrətə düşüb və məscidlər onu düşündürüb.

Aktyor katolik olaraq böyüdüldüyünü, ancaq şüuraltı olaraq insanların hər gün özlərinə "Bu dünyada nə edirik?", "Bütün bunlar nə mənaya gəlir?" suallarını verdiyini qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar