Ola bilər Nigardan öncə Ruslan kimləsə ailə həyatı qurub
01 Noyabr 2013 Cümə 13:10
İradə İbrahimovanın prodüsseri Səbinə Hüseynova ANS PRESSə açıqlama verib.
Ötən gecə İradə İbrahimovanın bacısı, vizajist Nigar İbrahimovanın toy mərasimi bitməmiş artıq sosial şəbəkələrdə rəsmi həyat yoldaşı olan Ruslan bəy barədə xəbərlər yayılmağa başlayıb. ANS PRESS-in məlumatına görə,Ruslanın ilk evliliyindən olan xanımı sosial şəbəkədə iki uşağının atıldığını iddia edən məlumatlar yayıb,eləcə də bəyin onların ailəsinə kömək etmədiyini də bildirir.

Toyun səhərisi mediyada belə bir xəbərlərin dərc olunması heç də xoş bir hal deyil.Məsələ ilə bağlı İradə İbrahimovanın prodüsseri Səbinə Hüseynova ANS PRESSə açıqlama verib:

"Ola bilər Nigardan öncə Ruslan kimləsə ailə həyatı qurub. Bu normal bir şeydir. Şişirdiləsi heç nə yoxdur. Ruslan ilk adam deyil ki, evlənib, boşanıb sonra da ikinci dəfə ailə qurub. Ola bilər. Bəlkə əvvəlki xanımı yandığından elə deyir. Nigara qısqanclıq edir. Xanımdır da... Ola bilər. Ancaq dünənki toyda Nigar və Ruslan faktiki, rəsmi şəkildə nikah qurdular. 300-dən artıq insan da buna şahid olub".


DOSTLARINLA PAYLAŞ:

oyunlar