Nüşabə Ələsgərli: Polis yalan danışır...
04 Avqust 2011 Cümə Axşamı 18:45
Müğənni Nüşabə Ələsgərli bu gün baş vermiş qalmaqal zamanı polis əməkdaşlarını söymədiyini deyib.
Müğənni Nüşabə Ələsgərli ilə yol polisi arasında baş verən qalmaqalla bağlı fikirlərini açıqlayıb. Müğənni ANS PRESS-ə açıqlamasında polis əməkdaşlarını söymədiyini deyib: “Mən polisi söyməmişəm. Polis yalan danışır. Onlar nə dediklərini bilmirlər. Bütün baş verənləri telefonla çəkmişik. Bu barədə danışmaq istəmirəm. Yazın ki, mən bu məsələyə münasibət bildirmədim...”.

Qeyd edək ki, bu gün Nüşabə Ələsgərli ilə yol polisi arasında qalmaqal baş verib. Hadisə şahidlərinin verdiyi məlumata əsasən yol polisi müğənninin əyləşdiyi avtomobili saxladığı üçün o, yol polisini təhqir edib, söyüş söyüb. Məsələ ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov ANS PRESS-ə açıqlamasında faktı təsdiqləyib.

V.Əsədovun sözlərinə görə, bu gün “Mercedes-CL”markalı 10 LZ 101 dövlət nömrə nişanlı avtomobil Bakıxanov küçəsindən Ceyhun Hacıbəyli küçəsinə sola dönmə əməliyyatı apararkən işıqforun qırmızı işığından keçib. Buna görə, avtomobil yol patrul müfəttişi tərəfindən saxlanılıb. "Sürücü heç bir sənəd təqdim etməyib. Avtomobilin salonunda olan müğənni Nüşabə Ələsgərli yol polisinə qarşı kobudluq edib, onları təhqir edib. Sürücü isə sürücülük vəsiqəsini təqdim etmədiyinə və yol polisinə tabe olmadığına görə, hadisə yerinə kömək üçün əlavə polis qüvvəsi çağırıb”.

DYP şöbə rəisi ANS PRESS-ə açıqlamasında əlavə polis nəfərlərinin hadisə yerinə gəldiyini görən Nüşabə Ələsgərlinin sakitləşdiyini və avtomobili tərk etdiyini qeyd edib. Sürücü də sənədlərini gətirmək adı ilə maşını hadisə yerində qoyub qaçıb.

Qeyd edək ki, qanunvericiliyin tələbinə uyğun sənədləşdirmə işi aparılır. Faktla bağlı araşdırmaya başlanılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar