Nüşabə Ələsgərli ərəb dilində mahnı oxuyacaq
29 Aprel 2009 Çərşənbə 19:00
Mahnısına klip çəkdirmək üçün müğənni həftəsonu Birləşmiş Ərəb Əmirliyinə səfər edəcək

Müğənni Nüşabə Ələsgərli Birləşmiş Ərəb Əmirliyinə səfər edəcək. ANS PRESS-in məlumatına görə, səfər may ayının 3-də gerçəkləşəcək. Müğənninin səfərinin məqsədi isə növbəti mahnısı üçün klip çəkdirməkdir. Nüşabə Ələsgərli bu dəfə ifa etməyə hazırlaşdığı ərəb mahnısına klip çəkdirməyi planlaşdırır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar