Nuri babanın namaza qarşı dözümsüzlüyü
03 Aprel 2011 Bazar 04:37
“Əgər orda namaz qılınacaqsa heç açılmaması daha yaxşıdır”.
Azərbaycan tamaşaçısının “Yabancı Damat” serialında Ökkeş, “Akasya Durağı”nda Nuri baba obrazıyla tanıdığı aktyor Zeki Alasya namaza qarşı dözümsüzlük nümayiş etsirib. Hadisə bəzi rejissor və aktyorlara “Ləyaqət” nişanının verildiyi tədbirdə baş verib. Lütfi Kırdar Beynəlxalq Sərgi və Konqres sarayında keçirilən tədbirdə çıxış edən Alasya “Əmək” kino-teatrna eyham vuraraq fəaliyyəti dayandırılan “Milli Türk Tələbə” birliyindən danışıb. Bu birliyin “dünyəvi” (laik) bir qurum olduğunu deyən Zeki Alasya namaz qılınacağı təqdirdə bu yerin açılmamasının daha yaxşı olacağını deyib: “İstanbul “Türk Tələbə Birliyi” o illərdə dünyəvi bir yer olub. Bir müddət sonra isə o teatrın səhnəsində namaz qılınmağa başladılar. “Əmək” kino-teatrı açılacaqsa sadəcə kino sənətinə xidmət etsin. Əgər orda namaz qılınacaqsa heç açılmaması daha yaxşıdır”.
Qeyd edək ki, bir müddət əvvəl Zeki Alasyanın mason olması barədə Türkiyə mətbuatında xəbərlər yayılmış, aktyor bu xəbərləri təsdiq edərək 15 ildir bu təşkilata üzv olduğunu demişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: