Nurgül Yeşilçay çəkiliş zamanı yaralanıb
21 İyul 2014 Bazar Ertəsi 13:01
Serial çəkilişi zamanı məşhur aktrisa Nurgül Yeşilçay ayağını kəsib.
Türkiyəli məşhur aktrisa Nurgül Yeşilçay Süsən obrazını canlandırdığı yeni çəkildiyi "Gecə" filmində çəkiliş zamanı yaralanıb.

ANS PRESS-in məlumatına görə, rolu ilə bağlı sındırdığı keramika boşqabın qırıntıları aktrisanın ayağını kəsib. Ayaqqabısı olmasına baxmayaraq kəsilən ayağına 15 tikiş atılıb.

N.Yeşilçayın başına gələn bu hadisə ilə əlaqədar olaraq filmin çəkilişinə bir həftə fasilə verilib. Sənətçinin həkimi ona ayağının üzərində durmağı qadağan edib.

Nurgül isə baş verənləri nəzərlə əlaqələndirib. "Dəqiq bilirəm ki, göz dəyib".

Qeyd edək ki, payızda aktyor Erkan Petekkaya ilə rekord məbləğdə ödənişlə yeni ekran işinə başlayacaq Nurgül "Gecə"nin ardından "Apaçi" filminə çəkiləcək.




DOSTLARINLA PAYLAŞ:

oyunlar