Nura Suri kitab satacaq
16 Dekabr 2010 Cümə Axşamı 16:00
Alıcılar kitabları müğənninin imzası ilə birlikdə ala biləcəklər
Tanınmış müğənni Nura Suri dekabr ayının 18-də “Əli və Nino” kitab evində kitab satacaq. Kitab evindən ANS PRESS-ə verilən məlumata görə, həyata keçirilən aksiyada əsas məqsəd gənclərin kitaba marağını artırmaq və kitabı təbliğ etməkdən ibarətdir. Eləcə də bu qeyri-adi aksiyada məqsəd müğənnilərin geniş auditoriyasını kitab oxumağa cəlb etməkdir.

Tədbirdə Nura Surinin pərəstişkarları onun şəxsi imzası ilə həm yerli, həm də xarici kitabları əldə edə biləcəklər. Tədbir Nizami küçəsi, 91 (Gənc Tamaşaçılar Teatrı ilə üzbəüz) ünvanında yerləşən dükanda saat 15.00-dan 17.00-dək baş tutacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar