Nura Suri keçmiş həyat yoldaşını məhkəməyə verib
20 Oktyabr 2010 Çərşənbə 14:40
Müğənni Nura Surinin tələbi alimentdi.
Müğənni Aynurə Qəzənfər qızı Suri (Nura) keçmiş həyat yoldaşı Əlirza Məhəmməd oğlu Surini məhkəməyə verib.
Müğənni aliment tələbinə dair iddia ilə Yasamal rayon Məhkəməsinə müraciət edib. Lakin Məhkəmə onun iddiasını təmin etməyib. Bundan sonra Nura Suri Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Hazırda iddia əsasında məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsində davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: