Nisə Qasımova solo-konsert verəcək
06 Mart 2009 Cümə 14:05
Müğənni konsertdə özbək və fransız dillərində yeni mahnılarını da ifa edəcək

 

Xalq artisti Nisə Qasımova may ayında Heydər Əliyev adına Respublika Sarayında solo-konsert verəcək. Bu barədə məlumatı ANS PRESS-ə xalq artisti özü verib. N. Qasımovanın sözlərinə görə, bu konsert müğənninin digər konsertlərindən fərqlənəcək. "Hazırda yeni mahnılar üzərində işləyirəm. Bunlardan biri özbək, digəri fransız mahnısıdır. Fransız mahnısı köhnə olsa da, mən onu yeni aranjimanda oxumaq istəyirəm. Bəlkə orjinaldan bir az fərqli oldu. Bundan başqa, bəstəkarlar Tural və Vüsalə İlyasova ilə də işləyirəm. V.İlyasovanın bəstələdiyi mahnı imic haqqında olacaq».

Sənətçi qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik etməyi də unutmayıb. O, Azərbaycan qadınlarına xoşbəxtlik arzulayıb.

Xatırladaq ki, Nisə Qasımova bir müddət əvvəl bədənində plastik əməliyyat olunub. Bakıda həyata keçirilən əməliyyat uğurla başa çatıb. Plastik əməliyyatın nəticəsi Nisə Qasımovanın bədən cizgilərində əhəmiyyətli dərəcədə hiss olunur.

Kəmalə Məmmədova/ANS PRESS/

Nisə Qasımova plastik əməliyyat olunub

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar