Nilufər: Saçlarım tökülməyə başlayıb, amma buna üzülmürəm
29 Dekabr 2011 Cümə Axşamı 16:18
Türkiyənin məşhur müğənnisi Nilufər pərəstişkarlarına Yeni il mesajı göndərib.
Döş xərçənginə tutulan Türkiyənin məşhur müğənnilərindən olan Nilufər pərəstişkarlarına Yeni il mesajı göndərib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, pərəstişkarlarına narahat olmamağı məsləhət görüb.
“Kimyəvi terapiya müalicəsi alıram. 3 gündür ki, saçlarım tökülməyə başlayıb. Çox qəribə olsa da, mən buna heç üzülmürəm. Həm də deyirlər ki, müalicədən sonra ola bilsin ki, saçlarım buruq çıxsın. Çox gülməli olar. Xərçəngdən əziyyət çəkən bütün xəstələrə Allahdan şəfa diləyirəm. 2012-ci ildə Türkiyəyə sülh, dostluq və bərəkət arzu edirəm. Məndən narahat olmayın, mən yaxşıyam”, - deyə Nilufər vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: