Nikolas Keyc ən çox pomidor çığırtmasını xoşlayır
01 Fevral 2011 Çərşənbə Axşamı 05:45
Film çəkilişi olmadığı zamanlarda aktyor vaxtının çox hissəsini oteldə keçirir
Hollivudun məşhur aktyoru, “Kabus Sürücü-2” filminin çəkilişləri üçün Türkiyənin Dənizli vilayətində olan Nikolas Keyc naharda ən çox pomidor çığırtması və türk üsulu sucuq (kolbasa) yeməyi xoşlayır. Bunu aktyorun qonaq qaldığı “Colossae” otelin müdiri Şərəf Karakan deyib. Film çəkilişi olmadığı zamanlarda aktyorun vaxtının çox hissəsini oteldə keçirdiyini deyən Karakan Keycin naharda ənənəvi türk mətbəxində bişən yeməkləri yediyini bildirib. “Nikolas Keyc ənənəvi türk mətbəxini, xüsusilə də pomidor çığırtması və sucuğu xoşlayır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar