Nikol Kidman etiraf etdi
13 Yanvar 2011 Cümə Axşamı 16:40
Aktrisa Nikol Kidman qırışlardan qurtulmaq üçün botoks etdiribmiş.
"Oskar"lı Hollivud aktrisası Nikol Kidman botoks etdirdiyini etiraf edib. Lakin aktrisa bu prosesdən keçmişdə istifadə etdiyini bildirib. 43 yaşlı məşhur aktrisa alman jurnalına verdiyi müsahibəsində qırışlarla bağlı danışıb.

"Bir çox şeyləri sınadım. Ancaq idman etmək və yaxşı pəhrizdən başqa heç bir şey işə yaramır. Botoksu belə sınamışam. Amma bu prosesdən sonra görünüşümdən xoşum gəlmədi. Artıq botoksdan istifadə etmirəm və alnımı hərəkət etdirə bilirəm", deyə Kidman qeyd edib.

Kidman həyatda çox həssas insan olduğunu və hər şeydən ağlamağa başlaya biləcəyini deyib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar