Nigar Camal “Eurovision gözəli” seçilib
28 Aprel 2011 Cümə Axşamı 13:16
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçisi Nigar Camal müsabiqənin ən gözəl xanım iştirakçısı seçilib.


APA-nın məlumatına görə, Wiwibloggs saytı builki müsabiqənin xanım iştirakçıları arasında ən gözəlini seçmək üçün səsvermə təşkil edib. Bir ay müddətində müsabiqə pərəstişkarları və sayt istifadəçiləri 18 xanım təmsilçidən bəyəndiklərinə səs veriblər. Nəticədə Nigar Camal 29,17% səs toplayaraq 17 ölkədən olan həmkarını geridə qoyub.

Qeyd edək ki, sözügedən “Eurovision gözəli” müsabiqəsi hər il keçirilir. 2009-cu ildə bu müsabiqənin qalibi də Azərbaycan təmsilçisi Aysel Teymurzadə olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar