Nicolas Keyc BMT-nin xoşməramlı səfiri təyin olunub
07 Dekabr 2009 Bazar Ertəsi 02:50
Aktyor Nicolas Keyc in pərəstişkarı olduğunu qeyd edən Pan Ki-Mun göstərdiyi faliyyətlərə görə Keyci təbrik edib
Hollivudun məhşur aktyoru Nicolas Keyc BMT-nin narkotiklərlə və cinayətkarlıqla mübarizə idarəsinin (UNODC) xoşməramlı səfiri oldu. BMT Müxbirlər Assosiasiyasının (UNCA) keçirdiyi tədbirdə bu vəzifəyə təyin olunan aktyor eyni qurum tərəfindən humanitar faliyyətlərinə görə 2009-cu ilin “qlobal vətəndaşı” mükafatına da layiq görülüb. Məhşur aktyora UNCA mükafatını BMT baş katibi Pan Ki-Mun, xoşməramlı səfir nişanını isə UNODC-nin sədri Antonio Maria Kosta təqdim edib. Çıxışında Nicolas Keycin pərəstişkarı olduğunu qeyd edən BMT baş katibi Pan Ki-Mun narkotiklərlə və cinayətkarlıqla mübarizə sahəsində göstərdiyi faliyyətlərə görə aktyoru təbrik edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: