NEXT qrupunun iki üzvü Əli ilə Seyran ölümdən döndü
29 İyul 2011 Cümə 16:42
NEXT qrupunun iki üzvü Əli ilə Seyran Nabrandan Bakıya qayıtdıqları zaman ciddi təhlükə ilə üzləşib.
Son aylar tamaşaçılara bir-birindən maraqlı layihələr təqdim edən dörd yaraşıqlı oğlandan ibarət "Next" qrupunun iki solisti ölümdən qayıdıb. Hadisə şahidlərindən birinin verdiyi məlumata görə, 27 iyul tarixində axşam saatlarında Nabrandan Bakıya qayıtdıqları zaman qrup üzvü Əlinin idarə etdiyi avtomobilin əyləcində problemlər yaranıb və maşın yoldan çıxaraq kolluğa girib.
İkinci versiyaya görə, səbəb sürücünün yorğun olması və yolu yaxşı bilməməsi ilə bağlıdır. Əlinin sükan arxasında olduğu avtomobildə təkcə qrup üzvü Seyran olub. Hər ikisi bədən xəsarətləri alıb ölümdən dönsələr də, xoşbəxtlikdən insan itkisi və başqa avtomobillə toqquşma olmayıb. "Next"in rəhbəri Hüseyn Cavadzadə və qrupun digər iki üzvü - Fəridlə Anar isə başqa avtomobillə eyni yolu gəliblər.
Məlumatı təsdiqləyən qrup rəhbəri xəsarət alan "Next"çilərin səhhətlərinin yaxşı olduğunu bildirib. "Allaha şükür ki, hər şey yaxşı qurtardı. Ölüm-itim olmadı. Bu barədə ətraflı danışmaq istəmirəm. Əli də, Seyran da özlərini yaxşı hiss edir. Keçmiş olsun", - deyə H.Cavadzadə bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: