Nurgül: Canım dostum Nejat İşlerin yanına gəldim, hələ ki, heç kimlə görüşməsinə icazə vermirlər.
Məşhur türkiyəli aktyor Nejat İşlerin vəziyyəti pisləşib. ANS PRESS-in məlumatına görə, xəstəxanada müalicə alan aktyoru daha bir sənət yoldaşı ziyarət edib. Sevilən aktrisa Nurgül Yeşilçay görüşdən sonra şəxsi Tvitter hesabından maraqlı məlumat verib.
Yaxın dostu olan Nejatı ziyarət etdikdən sonra kədərlənən Nurgül aktyorun əməliyyat olunduğunu söyləyib:
“Canım dostum Nejat İşlərin yanına gəldim. Hələ ki, heç kimlə görüşməsinə icazə vermirlər. Dünən təkrarən əməliyyat olunub. İn şa Allah, bir az da yaxşılaşar”.
Aktyorun daha əvvəl düzəldiyi, sadəcə ehtiyat tədbirlərinə görə xəstəxanada qaldığı deyilirdi. Bununla da Nurgül Yeşilçay Nejat İşlər haqqında yeni informasiya yayaraq, onun yenidən əməliyyat olduğunu açıqlayıb.
Xatırladaq ki, məşhur aktyor yanvarın 17-də ağciyər infeksiyası və nəfəs çatışmazlığına səbəbindən septik şok keçirərək Bodrumda xəstəxanaya aparılan aktyor yanvarın 22-də təyyarə ilə İstanbula köçürülmüşdü.