Nejat İşler ekranlara qayıdır
13 Avqust 2014 Çərşənbə 12:57
Türkiyəli aktyor Nejat İşler yeni bir serialla ekranlara qayıdacağı iddia edilir.
ANS PRESS-in məlumatına görə, sentyabrda Türkiyənin “Kanal D” televiziyasında yayımlanması planlaşdırılan "Mənim adım Gültəpə" adlı serialın anonsu, yayımlanması ilə hamıda böyük maraq doğurub. Buna əsas səbəblərdən biri isə serialın anonsu təqdim edilən video-çarxda fondakı mətni məşhur aktyor Nejat İşlerin səsləndirməsi olub.
Videonu izləyənlər aktyorun üzünü görməsələr də, səsini eşitdikləri üçün özlərini çoxşbəxt hiss etdiklərini dilə gətiriblər.
Serialın baş rollarında Ayça Bingöl və Mete çəkilib.
Qeyd edək ki, ağciyər infeksiyası və nəfəs çatışmazlığı səbəbindən septik şok keçirən və 95 gün reanimasiyada yatan N.İşlerin bu müddətdə qan dövranınının pozulması səbəbindən sağ əl barmaqlarında göyərmələr başlamış və onlar amputasiya edilmişdi.
DOSTLARINLA PAYLAŞ: