Neftin ucuzlaşması davam edir
24 May 2013 Cümə 10:01
Dünya bazarlarında “qara qızıl”ın qiyməti yenidən aşağı düşüb.
Dünən dünya bazarlarında neftin qiyməti aşağı düşüb. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, “qara qızıl”ın qiyməti Çindən olan zəif iqtisadi statistikanın fonunda aşağı düşüb.
Belə ki, London İCE birjasında “Brent” markalı neftin bir barelinin iyul fyuçerslərinin qiyməti 0.16 dollar aşağı düşərək 102.44 dollar olub.
Nyu-York birjasında isə yüngül neft markası WTI-ın bir barelinin iyul fyuçerslərinin qiyməti 0.03 dollar azalaraq 94.25 dollar təşkil edib.
DOSTLARINLA PAYLAŞ: