Nazpəri Dostəliyevanın köməkçisinə qadağa qoyuldu!
09 Aprel 2013 Çərşənbə Axşamı 14:48
Vəkillər bu qərara gəldilər.
Xalq artisti Nazpəri Dostəliyevanın köməkçisi Mikayıl Hüseynova qadağa qoyuldu. Xalq artistinin şəxsi vəkili Yunuz Vəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, ona Nazpəri - İlhamə qalmaqalına qarışmaması barədə xüsusi tapşırıq verilib: "Mikayıl Hüseynov Nazpəri xanımın köməkçisi olaraq qalır. Amma onun məsələyə yersiz və yaxud da yersiz müdaxilələri bir vəkil olaraq bizim işimizə mənfi təsir göstərir. Bu səbəbdən də vəkil həmkarım Səyyar Mirzəyevlə qərar qəbul edərək, onun bu məsələyə qətiyyən qarşımamasını tapşırdıq".
Y.Vəliyev Mikayıl Hüseynovu İlhamə - Nazpəri müharibəsində tam şəkildə tərksilah etdiklərini deyir: "Nazpəri xanımın köməkçisi media və qarşı tərəflə bu mövzuda əlaqə saxlaya bilməz. Təbii ki, bu mövzuda açıqlama verə bilməz. Həmçinin bu qalmaqala sosial şəbəkələrdə münasibət bildirməsini istəmirik. Çünki onun hər hansı bir hərəkəti qarşı tərəfi qıcıqlanmdıra bilər və biz bunu istəmirik".
DOSTLARINLA PAYLAŞ: