Nazpəri Dostəliyeva və İlhamə Quliyeva arasında müharibə
19 May 2014 Bazar Ertəsi 15:18
Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva həmkarı İlhamə Quliyeva ya qarşı qaldırdığı məhkəmə iddiası rədd edildiyi barədə məlumat yayılıb.
ANS PRESS-in məlumatına görə, İlhamə Quliyevanın vəkili Habil Vəliyev yayıb və qeyd edib ki, məhkəmə əlavə olaraq, N. Dostəliyevanın müdafiəçisinin vəsatəti əsasında ekspertizaya gedən sənədlərin xərci üçün 250 manat pulun tutulması haqda da qətnamə qəbul edib. Xalq artisti mətbuat katibi vasitəsi ilə mətbuata xəbəri təkzib edən məlumat yollayıb:
“Bu da onların yalanlarından biridir. Həqiqətən də mənim İlhamə Quliyevaya qarşı belə bir iddiam var. Tələbim də İlhamə Quliyevanın Novruz bayramı ərəfəsində televiziyalardan birində canlı efirindən mənim ünvanıma nə yazılması, nə də dilə gətirilməsi mümkün olmayan ifadələr işlətməklə mənə qarşı təhqir, mənsub olduğum xalqıma qarşı isə hörmətsizlik ifadə etməsi əlaqədardır. Məhkəməyə bu faktla bağlı müraciət etmişəm. İndi də bildirirlər ki, guya məhkəmə yekunlaşıb, onlar qalibdirlər. Çox maraqlıdır, həmin məlumat İlhamə Quliyevanın Habil Vəliyev adlı nümayəndəsi tərəfindən mətbuata açıqlanıb. Həmin o Habil Vəliyev ki, Azərbaycan Respublikası Mətbuat Şurası tərəfindən adı qara siyahıya salınan “Gündəlik Azərbaycan” qəzetinin rəhbəri olub. İndi də saxta məlumatlarla özünü vəkil kimi təqdim edir.
Bir neçə gün əvvəl məhkəmədən vəkilimə zəng olunub ki, oraya getsin. O da uzaqda olduğunu və məhkəmənin vaxtı barədə bizə heç bir bildiriş daxil olmadığını bildirib. Cavab verilib ki, məhkəmənin vaxtı barədə bizə əlavə məlumat veriləcək. Biz də gözləyirik, əminik ki, məhkəmə qanuni və ədalətli qərar qəbul edərək, daha bu ili müqəddəs İlhamə ili elan etməyəcək.
Yalanların sayı-hesabı varmı?! Bir faktı xatırladım: İlhamə Quliyeva deyir ki, guya o Dünya Azərbaycanlıları Konqresi Mədəniyyət Akademiyasının prezidentidir. Məhkəmələrə vəkillərim vasitəsilə Dünya Azərbaycanlıları Konqresi həmsədrlərinin arayışlarını təqdim edərək sübut etmişik ki, belə bir akademiya olmayıb və indi də yoxdur. Ancaq yalanlar davam edir. Şərti olaraq qəbul etsək ki, belə bir akademiya mövcuddur, onlar məhkəmə iclasında həmin akademiyanın harada, hansı dövlətdə yerləşdirilməsi ilə bağlı suala aydınlıq gətirə bilməyiblər. Əgər varsa, buyursunlar, ünvan göstərsinlər. Zənnimcə, başqa şərhə ehtiyac yoxdur".
DOSTLARINLA PAYLAŞ: