Nazperi Dosteliyeva plastik emeliyyat etdirdi
17 May 2013 Cümə 11:26
Xalq artisti Nazperi Dosteliyeva 8 kq çekiden azad olub.
Azərbaycanın xalq artisti Nazpəri Dostəliyevanın İsveçrəyə getməsinin səbəbi məlum olub. Lent.az-a daxil olan məlumata görə, müğənninin səfərinin məqsədi orada plastik əməliyyat keçirməsidir.

Müğənninin yaxın ətrafından verilən məlumatda bildirilir ki, N.Dostəliyeva mayın 14-də əməliyyat olunub və bir gün sonra narkozdan ayılıb. Müğənni əməliyyat nəticəsində 8 kiloqram çəkidən azad olub. Bundan başqa onun göz qapaqlarında və üzündə estetik əməliyyat aparılıb.

Qeyd edək ki, əməliyyat xəbəri ilə bağlı xalq artisti ilə əlaqə saxlamağa cəhd etsək də, onun telefonu bağlı idi. Daha sonra müğənnin prodüseri Mikayıl Hüseynovla telefon əlaqəsi yaratmağa cəhd etdik. Lakin telefon nə qədər çağırsa da zəngimizə cavab verən olmadı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar