Nazperi Dosteliyeva haqqında yayılan xeberi tekzib etdi
23 Aprel 2013 Çərşənbə Axşamı 12:36
Prodüsser müğənni Nazperi Dosteliyeva nın AzTV-də daha görünməyəcəyinin yalan olduğunu bildirib.
Ötən gün mətbuatda xalq artisti Nazpəri Dostəliyeva haqqında Azərbaycan Dövlət Televiziyasında daha görünməyəcəyi deyilib. Xəbərdə telekanal rəhbərliyi tərəfindən Musiqili və Əyləncəli proqramlar departamentinə tapşırıq verildiyi qeyd olunub.

ANS PRESS-ə açıqlama verən, Nazpəri Dostəliyevanın prodüsseri Mikayıl Hüseynov xəbərlərin yalan olduğunu vurğulayıb: “Bir neçə gün əvvəl jurnalist zəng edib, email ünvanlarına belə bir məktub gəldiyini dedi. Nazpəri xanım isə xəbərlərin yalan olduğunu bildirib. Amma nədənsə bu gün götürüb belə bir şayiə yazıblar. Bu xəbəri yalnız Nazpəri xanım kimi sənəstkarı gözü götürməyənlərdən kimsə göndərib. Nazpəri xanımın Dövlet Televiziyasına böyük hörməti var. Bütün tədbirlərinde iştirak edib və bundan da sonra edəcəkdir. Bu cür xəbərlərlə ara vurmasınlar”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar