Nazperi Dosteliyeva ayağını sındırıb
14 Oktyabr 2013 Bazar Ertəsi 00:46
Xalq artisti Nazperi Dosteliyeva düşmenlerini sevindirmemek üçün bu xeberi uzun müddetdir gizli saxladığını bildirib.
Xalq artisti, müğənni Nazperi Dosteliyevanın ayağı sınıb. Bunu virtualaz.org saytına müğənni özü deyib.
N.Dostəliyeva bunu, düşmənlərini sevindirməmək üçün uzun müddətdir gizli saxladığını bildirib: “Ayağımın sınmasını mətbuatdan gizli saxlayırdım. Çünki düşmənlərimi sevindirmək istəmirdim. Sizinlə söhbətimdə təsadüfən ağzımdan çıxdı”.
Xalq artisti əməkdaşımızın 2-3 həftədir müsahibə istəyinə yox deməsinin səbəbini də bununla izah edib: “Uzun zamandır müsahibəyə “sabah-sabah” deyib vaxtı uzadıram. Məni düz başa düşmənizi istəyirəm. Ayağım iki yerdən sındığı üçün bir aydır gipsdədir. Bir-iki günə açacaqlar. Qurban bayramından sonra görüşüb sizə sənətimlə bağlı bütün yenilikləri bildirəcəm”.
DOSTLARINLA PAYLAŞ: