Nazim Faytonçu: Bizdən yaxşı ailə başçısı olmaz
11 Avqust 2012 Şənbə 11:28
Azərbaycan estradasının tanınmış müğənni Nazim Faytonçu şou-biznes nümayəndələrinin evlənib-boşanmaları haqqında öz fikirlərini bildirib.
 Evliliyi bazara çevirən həmkarlarına da öz ismarıclarını göndərib. SİA-ya açıqlama verən ifaçı bunları deyib: “Kiminsə şəxsi həyatı barədə danışmaq mənə yaraşmaz. Ancaq bu o demək deyil ki, evliliyi dəb halına salmalıdırlar. Eyni zamanda da xalqın içində biz müğənnilərə qarşı pis fikir yaranır. Fikirləşirlər ki, biz müğənnilərdən yaxşı ailə başçısı olmaz”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar