Naomi Kempbell Beynəlxalq Hərbi Tirbunalda ifadə verəcək
24 May 2010 Bazar Ertəsi 03:35
Naomi Kempbell Liberiya lideri Çarlz Taylorun ona bağışladığı üzük barədə Hərbi Tirbunalda hesabat verəcək.
Daha əvvəl törətdiyi müxtəlif qanun pozntularına görə hakim qarşısında cavab verən Supermodel Naomi Kempbell bu dəfə Liberiya lideri Çarlz Taylorun ona bağışladığı üzük barədə Beynəlxalq Hərbi Tirbunalda hesabat verəcək.
Qeyd edək ki, Liberiyanın sabiq lideri Çarlz Taylor Sierra Leonedəki vətəndaş müharibəsi vaxtı üsyançılara almaz qarşılığında silah satmaq iddiası ilə Haqqadakı Beynəlxalq Hərbi Tirbunalda mühakimə olunarkən prokurorlar Naomi Kempbellin şahid qismində dinlənilməsini tələb edib.
Prokuror Naomiyə hədiyyə olunan üzüyün üsyançılar tərəfindən silah almaq üçün Cənubi Afrikaya göndərilən almazlardan biri olduğunu iddia edib. Supermodelin məhkəmədə iştirak etməsi gözlənilir.
Xatırladaq ki, 1991-2001-ci illər arasında yüzminlərlə insanın ölümü ilə nəticələnən vətəndaş müharibəsi 2006-cı ildə “Qanlı Almaz” adlı film üçün də mövzu olmuşdu. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: