Namiq Qaraçuxurlu Aygün Kazımovaya sərt cavab verdi
31 Avqust 2011 Çərşənbə 14:39
Namiq Qaraçuxurlu Aygün Kazımovaya sərt cavab verdi. "Artıq telefona nifrət edirəm".
"Mənə gəldikdə isə hamı bilir ki, heç zaman gələcək xanımımın hesabına özümü reklam etmərəm".
Populyar meyxanaçı Namiq Qaraçuxurlu ATV telekanalının "10-lar" proqramında olarkən "Onu bağışlamaq olarmı" maşnısının Aygün Kazımovaya həsr olunması iddiasını şərh edib.
Xalq artisti, müğənni A.Kazımova belə demişdi.
"Elə yorulmuşam, o qədər qeyri-səmimi insanlarla qarşılaşmışam ki... Artıq telefona nifrət edirəm, çünki hamı zəng vurur, soruşur. Sanki hamı qarşısında hesabat verməliyəm. Bu mahnını yazmaq fikri məndə çoxdan vardı. Sadəcə, ağlıma yeni mahnı gələndə onu unutmamaq üçün diktofona yazır və ya SMS kimi saxlayıram ki, unutmayım", - N.Qaraçuxurlu deyib.
Onun sözlərinə görə, bu mahnı kimsəyə ünvanlanmayıb: "Mahnı bəstələyəndə çalışıram ki, sözləri kimsəyə həsr olunmasın. Buna görə də yazır və silirəm. İndi də yazdığım və bəstələdiyim hər şey Aygün Kazımovaya aid deyil. Bu səbəbdən də mahnının adını dəyişərək "Əlvida dərdim, əlvida" qoydum. Düzünü desəm, Aygün xanımın bu mahnının onun barəsində olduğunu fikirləşdiyini düşünməzdim".
A.Kazımovanın "Namiq Qaraçuxurlu başqasının hesabına yaşayır" sözləri də meyxanaçını təbdən çıxarıb.
"Bununla bağlı ümumi dostlarımıza zəng vurdum və onlar dedilər ki, həmin sözlər zarafatdır. Amma bunu Aygün xanım ciddi deyibsə, daha mənim sözüm yoxdur. Hələlik hər şeyə dözürəm. Amma ona demək istərdim ki, adamların sonradan gülməməsi üçün hər şeyi efirdə belə təqdim etmək olmaz", - N.Qaraçuxurlu söylədi.
Meyxanaçı daha sonra deyib ki, Aygün Kazımovanun sevdiyi adamının olmasına çox sevinir və hətta dəvət olunarsa, onların toyunda məmnuniyyətlə çıxış edərdi: "Mənə gəldikdə isə hamı bilir ki, heç zaman gələcək xanımımın hesabına özümü reklam etmərəm. Belə ucuz reklama ehtiyacım yoxdur. Amma son vaxtlar evlənməklə bağlı tez-tez fikirləşirəm. Seçdiym var və o da bunu bilir. Yalnız onu deyə bilərəm ki, əvvəl istədiyim qızlarla müqayisədə indi ona daha bərk vurulmuşam".
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: