Nadir Qafarzadənin halı pisləşdi
07 May 2013 Çərşənbə Axşamı 00:45
Ötən həftə evliliyinin 20 illini qeyd edən müğənni məclisdə özünü pis hiss edib.
Ötən həftə evliliyinin 20 illik yubileyini qeyd edən müğənni Nadir Qafarzadə məclisdə özünü pis hiss edib. ANS PRESS-in "ATV Maqazin" proqramına istinadən verdiyi məlumatına görə, müğənninin şad günündə halı pisləşib. Keçmişini heç vaxt danmayan Nadir əzablı günlərini xatırlayarkən bu hala düşüb. İfaçı illər öncə yaşadığı qorxunc hadisələrin onu ağlatdığını söyləyib: "Ötən günlərimi, əzablı günlərimi xatırladım. İtirdiyim övladlarımı, valideynlərimi, gəncliyimi, uşaqlığımı yadıma düşdü. Yenə deyəcəklər ki, Nadir özünü reklam eləyir. Amma özünüz də gördünüz ki, qaçdım, istəmədim kimsə məni belə görsün. Özümlə tək qalmaq istədim. Amma siz imkan vermədiz".

Özəl gününə sənət dostları arasından yalnız xalq artisti İlhamə Quliyevanı dəvət edib. Nadir İlhamə xanımın iştirakını yüksək dəyərləndirib: "Böyüklərdən qaynanam-qaynatam olsa da, mənim valideynlərim yoxdu. İlhamə xanım bu gün mənə atalıq-analıq etdi. "

Müğənninin ünvanına təriflər yağdıran xalq artisti onu əsl sənətkar adlandırıb: “Nadirin gözəl sənəti var. O, əsl sənətkardır, novatordur. Anam Tükəzban xanım da onu dinləyirdi, bəyənirdi. O, bu zirvəyə çətinliklə gəlib çatıb. Mən Nadiri həmişə dəstəkləyirəm”.

Gecənin ən maraqlı anlarından biri də Nadirin məşhur “Gangnam style” mahnısına rəqs etməsi olub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar