Nadir Qafarzade toyda döyülüb?
04 İyul 2013 Cümə Axşamı 21:35
Müğenni Nadir Qafarzade yene qalmaqalla gündeme gelib.
Müğənni Nadir Qafarzadənin adı növbəti qalmaqalda hallanıb. ANS PRESS-in məlumatına görə, “Bizimbaku.ws” saytı müğənninin iştirak etdiyi toy məclislərinin birində döyüldüyünü yazıb.
Xəbərdə göstərilir ki, müğənni toy məclislərinin birində xalq artisti Brilliant Dadaşovanın repertuarından tanınan “Mehribanım” mahnısına görə döyülüb. N.Qafarzadənin iştirak etdiyi toy məclisində bəyin anasının adı Mehriban olub. Toy sahibi müğənnidən bu mahnını oxumamağı xahiş etdikdə, o, acığa düşüb ikinci dəfə “Mehribanım” mahnısını ifa edib. Bunu görən toy sahibi və bəyin dayısı müğənnini məclisdən çıxarıb zalda döyüblər.
N.Qafarzadənin meneceri Ruslan Əliyev Gün.Az-a açıqlamasında xəbərin yalan olduğunu deyib: “6 ildir ki, Nadir Qafarzadə ilə işləyirəm. Bu illər ərzində Nadir bir dəfə də olsun toylarda “Mehribanım” mahnısını oxumayıb. O ki qalsın, döyülsün... Bunlar hamısı şayiədən başqa bir şey deyil, yalandır”.
DOSTLARINLA PAYLAŞ: