Nadir Qafarzadə Müdafiə Nazirliyindən göstəriş alıb
13 Mart 2010 Şənbə 15:15
Nadir Qafarzadə gələn həftə döyüş bölgəsinə yollanacağını bildirib.
Müğənni Nadir Qafarzadə martın 18-də cəbhə bölgəsində konsert proqramı ilə çıxış edəcək. Nadir Qafarzadənin ANS PRESS-ə verdiyi məlumata görə o, döyüş bölgəsinin ön xəttində Vətənə xidmət edən əsgərlərimiz qarşısında çıxış etmək göstərişini Azərbaycan Respublikası Prezident Administrasiyası və Müdafiə Nazirliyindən alıb.

"Mən bu göstərişi böyük fəxrlə və məmuniyyətlə yerinə yetirəcəm. Qışın soyuğunda, yayın istisində cəbhə bölgələrində bizi qoruyan əsgərlərimiz üçün nə etsək yenə azdır" - deyən müğənni bir gün ərzində bir neçə hərbi hissədə konsert verəcəyini bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar