Nadir Qafarzadə arzusuna çatdı
29 Noyabr 2011 Çərşənbə Axşamı 19:06
Müğənni Nadir Qafarzadə "Сердце бьется" klipini jurnalistlərə təqdim edib.
Müğənni Nadir Qafarzadə Latviyada çəkdirdiyi “Сердце бьется" (Ürək döyünür) klipininin təqdimat mərasimini keçiriи. ANS PRESS-in məlumatına görə, jurnalistlərə klip haqqında danışan müğənni bu kliplə illər öncə həyata keçirə bilmədiyi çoxdankı arzusunu reallaşdırdırdığını bildirib: "Vaxtilə mən Rusiya şou-biznesinə qatılmaq istəyərkən sponsor məni yarı yolda qoydu və arzum ürəyimdə qaldı. O vaxtdan qarşıma məqsəd qoymuşdum ki, nə vaxtsa bu arzumu reallaşdıracam".

Qeyd edək ki, “Сердце бьется” mahnısının sözləri Rusiyanın əməkdar artisti, tanınmış şair Simon Osiaşviliyə, musiqisi Anatoli Zubkova məxsusdur. Mahnını Latviyanın peşəkar rejissorlarından biri hesab olunan Cerri Pavloff ekranlaşdırıb.

Klip eksklüziv olaraq jurnalistlər üçün nümayiş olunub. Jurnalistlər Nadir Qafarzadənin yeni işindən razı qaldıqlarını bildirdilər.

Bu klipi çəkdirməklə qətiyyən Rusiya şou-biznesinə qatılmaq fikrində olmadığını deyən N.Qafarzadə sadəcə klipinin Rusiya telekanallarında yayımlanmasını istəyir: "Bir neçə ay öncə Rusiya telekanalları ilə danışıqlar apardıq. Mənə bildirdilər ki, onların kanallarında yayımlamaq üçün səviyyəli klip lazımdır. Yəni, indiyədək çəkdirdiyim kliplərim bunun üçün yaramadı. Və mən bu istəyimi həyata keçirmək məqsədilə bu klipi çəkdirdim".

Müğənni "Сердце бьется" klipini tanınmış aparıcı Emin Musəvinin köməkliyi ilə çəkdirdiyini söyləyib: "Sağ olsun Emin, hər şey birbaşa onun iştirakı ilə həll olundu. İnanın mənə, bir dənə də olsun qapı döymədim. Hər işi Emin öz üzərinə götürdü. Klipə 20 min evro xərcim çıxdı. Emin olmasaydı, bəlkə də dəfələrlə artıq xərcim çıxardı".

Klipi öz şəxsi büdcəsi ilə çəkdirdiyini deyən Nadir sponsorların kəbinli arvadı olmaq istəmədiyini bildirib: "Pis çıxmasın, kiminsə kəbinli arvadı olmaq istəmirəm. Sponsor bu gün mənə pul verəcək, kefi istəyəndə, içib keflənəndə, gecə yarısı mənə zəng vurub deyəcək ki, filan yerdəyəm, dur gəl mənim üçün oxu. Bax, mən bunlara görə sponsorlarla işləmək istəmirəm".

Müğənni yeni klipinin Rusiya telekanallarında 1 ay, gün ərzində 4 dəfə yayımlanması üçün 50 min evro lazım gəldiyini bildirib: "İnşallah, bu məbləği toplayıb klipi yayımladacam. Bəlkə onlardan xahiş etdik ki, bir balaca qiymətdə güzəşt etsinlər. Axı mən Azərbaycandan ilk müğənniyəm ki, klipimi onlara təqdim edirəm".

Klipin Rusiyanın RU TV, Muz TV və Latviya telekanallarında yayımlanması nəzərdə tutulub.




DOSTLARINLA PAYLAŞ:

oyunlar