Mustafa Sandal ilk dəfə filmə çəkiləcək
06 Yanvar 2010 Çərşənbə 15:30
Mustafa Sandal ilk dəfə filmə çəkiləcək. Mahsun Kırmızıgül 3-cü filminin ssenarisini yazıb.
Türk müğənnisi Mahsun Kırmızıgül artıq 3-cü filmin də ssenarisini ekranlaşdırmağa hazırlaşır. "Nyu-Yorkda beş minarə" adlı filmin çəkilişlərinə aprel-may aylarında start verəcək.

Mahsun Kırmızıgül adı çəkilən filmə həmkarı Mustafa Sandalı da dəvət edib. 11 il öncə onların həyata keçirmək istədikləri layihə uğursuz alındığından, sənətçilər iş birliklərinə son qoymaq qərarına gəliblər. Uzun illərdən sonra isə Mahsun bu tilsimi qıraraq, Mustafa Sandalı özünün qələmə aldığı filmdə çəkilməyə dəvət edib.

İlk dəfə filmə çəkilən Mustafa Sandal filmdə saqqallı və qısa saçlı bir obrazı canlandırsa da, imicini dəyişməyəcək.

Qeyd edək ki, "Nyu Yorkda beş minarə" adlı filmin premyerası noyabr ayına təsadüf edəcək.

Xatırladaq ki, Mahsun Kırmızıgülün ssenarisi əsasında çəkilən ilk filmi “Bəyaz Mələk”, ikinci filmi isə “Günəşi gördüm” adlanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar