Musa Musayev vəsiyyətnamə yazıb
25 Aprel 2013 Cümə Axşamı 13:46
Musa Musayev: Anam və qardaşlarım məndən üz döndərib.
Təranə Qumralla evləndiyi üçün ailəsi tərəfindən atılan və tənqid atəşinə tutulan müğənni Musa Musayev hətta vəsiyyətnamə yazıb. ANS PRESS-in məlumatına görə, Təranə Qumralla baş verən narazılıqda qardaşlarını və anasını günahlandıran ifaçı ANS TV-nin "Şoubiz" verilişinə müsahibəsində son zamanlar özünü yaxşı hiss etmədiyini bildirib:

"Ürəyimdə güclü ağrılar olur. Bu səbəbdən qorxuram ki, vəsiyyətnamə yazmağa vaxtım çatmaz. Bilirəm ki, mənə nəsə olsa, heç kimə lazım olmayacam. Anam və qardaşlarım məndən üz döndəriblər. Onlar məni heç görmək də istəmirlər. Yalnız həyat yoldaşım Təranə məni həyatımın ağır anlarında dəstəkləyir. Nəyim varsa, hamısını ona vəsiyyət edirəm".



DOSTLARINLA PAYLAŞ:

oyunlar