Musa Musayev: Bir qələtdir eləmişəm
22 Aprel 2013 Bazar Ertəsi 13:03
Müğənni arvadı ilə barışmaq üçün Təranə Qumrala hələ də yalvarır.
"Mən qəhrəman bacısıyam - Milli Ordunun ilk şəhidi olub mənim qardaşım Firdovsi Məmmədov. Mən çox güclü qadınam, heç kimin köməyinə ehtiyacım yoxdur. Dilim də var, dilçəyim də. Musa nə qədər güclü olsa da onun arxasında ağıllı qadın var. Musanın gözəl səsi, sənəti var. Buna heç kim şübhə ilə yanaşa bilməz. Niyə bizim paxıllığımızı çəkirsiniz? Bizim ayrılmağımıza toy bayram edənlər var. Mənim övladımın yetin qalması üçün toy-bayram etmək olar? Azərbaycanda bu qədər səs salan bir şey olmamışdı. Mənə elə gəlir ki, biz hamını kölgədə qoymuşuq".

Təranə Qumral Musanı ilə birlikdə olmasının hələ onu bağışlamaq anlamına gəlmədiyini deyib. "Musa mənə yalvarır. Cəzası ağırdır onun. Onu bağışlamağa vaxt zaman lazımdır".

"Maşında da gələndə də yalvarmışam ki, bir qələtdir etmişəm. Əgər onun səhvi olsa mən onun başını kəsərdim. Allah pislərə ömür versin ki yaxşılardan baxıb örnək götürsünlər. O gün olsun Təranə xanım məni bağışlasın. Yalvarıram da bağışlamır məni", - deyə Musa Musayev bildirib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar