Layihenin quruluşcu rejissor ve baş prodüseri türkiyeli Osman Albayraqdır.
Azərbaycanda yeni “Oğurlanmış arzular” adlı serial çəkilir. Axşam.az-ın məlumatına görə, serialda bir çox tanınmış simalar iştirak edir. Əməkdar artist Almaz Ələsgərli, aparıcı Tural Əsədov, müğənni Duyğu Dəvəli, model Səbinə Allahverdiyevanın rol aldığı ekran işinin quruluşcu rejissor və baş prodüseri türkiyəli Osman Albayraqdır.
Ssenari müəllifi Esmira Əyyubova olan serial “Space” telekanalında yayımlanacaq. Çəkilişlər Türkiyə və Azərbaycanda aparılıb.
Serialda türkiyəli aktyorlar Saruhan Hünel və Mustafa Üstündağ da yer alıb. M.Üstündağ “Kurtlar Vadisi” serialından “Muro” obrazı ilə tamaşaçılara tanışdır.
Qeyd edək ki, Osman Albayraq bir vaxtlar İctimai telekanalda yayımlanan “Qaranlıqlar çiçəyi” teleserialını çəkmişdi.