Murad Dadaşov: En böyük sehvim odur ki
03 Avqust 2013 Şənbə 11:36
Şoumen Murad Dadaşov qarşısına çıxan şansları düzgün deyerlendirmir.
Tanınmış şoumen Murad Dadaşov həyatda işlətdiyi ən böyük səhvindən danışdıb. ANS PRESS-in məlumatına görə. prodüser axşam.az-a müsahibəsində, qarşısına çıxan şansları düzgün dəyərləndirmədiyini bildirib:
"Həmişə deyirlər: Zirəddin Rzayev dostundur, niyə ona baxdırmırsan? Düzdür, mütəmadi münasibətdə deyilik, amma arada görüşüb, söhbət edirik. Mənim üçün nəyisə soruşmaq çox çətin bir məsələdir. Birincisi, həqiqətən hər şey Allahın əlindədir. Həyatım özü Allahın izninin, mövcudluğunun göstəricisidir. Həyatımda 90 faiz hadisələr naxışla bağlıdır. Qarşıma yaxşı insanlar çıxıb, yaxşı hadisələr baş verir. Sən mənə pis bir şey desən, ürəyimə salacam və o da müəyyən bir təsir edəcək. Yaxşı deyəcəksən, arxayın oturacam. Hər bir iş kompensasiya olunmalıdır. Ən böyük səhvim odur ki, əlimə düşən şanslardan istifadə etmirəm. Amma o da mənim tərbiyəm və təbiətimlə bağlıdır. İnsanları yormaqdan qorxuram. Heç kimə zəng vurmuram. Kimə lazımamsa, özü məni axtarıb tapacaq.
DOSTLARINLA PAYLAŞ: