Meşhur şoumen Murad Dadaşov istediyi çekiye çatana qeder arıqlamağa davam edeceyini deyib.
Bu yay dünyanın dörd bir yanını gəzən şoumen Murad Dadaşov arıqlaması ilə diqqət çəkib. O, Axşam.az saytına açıqlamasında artıq çəkidən necə xilas olduğundan söz açıb:
“Bu yay çox gözəl dincəldim. Amerika, İspaniya, Bodrum və bir çox yerləri gəzdim. Bu qədər səyahətdən sonra necə arıqlamağım hamını maraqlandırır. Fərqli ölkələrin mətbəxini sevirəm, getdiyim yerlərdə də dadlı yeməklər var idi. Amma nəfsimi saxlamağı bacardım. Bizdə bir fikir formalaşıb: yayda balıq yemək olmaz. İspaniya səfəri zamanı əmin oldum ki, balığı elə yayda yeyərlər. İstirahət boyunca balıqdan hazırlanan xörəklər yedim.
Ən əsası isə həkim müayinəsindən keçdim və güclü müalicə aldım. Arıqlamışdım, amma sağlamlığım üçün buna ehtiyacım var idi. 126 kiloqram idim. İndi 27 kiloqram atmışam. Arıqlamaq heç də asan deyildi. Böyük yol keçdim. Hələ bu son deyil. İstədiyim çəki var, ona çatana kimi davam edəcəm”.
Şoumen arıqlamaq üçün ən əsası spirtli içkidən imtina etdiyini bildirib:
“Sağlam arıqlamaq üçün mən uzun müddətdir spirtli içkidən imtina etmişəm. Bir şeyi başa düşdüm ki, insanların həyatı yemək üstündə qurulub. Hara gedirsən söhbətin sonunda yemək təklif olunur. Çox şükür ki, bunlardan uzaq olmaq üçün özümə yeni, maraqlı əyləncələr tapıram. Ən əsası isə yeməyimin həcmini azaltmışam”.
Murad Dadaşov arıqlamağını şouya çevirəcəyini deyib:
“İnsanların əksəriyyəti arıqlamaq üçün özlərinə güvənmirlər. İstədiyim çəkiyə düşəndən sonra bundan şou hazırlayacam. Həmin şouda hər kəsə necə sağlam arıqlamağın mümkün olduğunu izah edəcəm. Artıq çəkidən xilas olmağa can atanlara dəstək olacam”.