Muhteşem Yüzyıl serialı gülünc sehvleri
21 Sentyabr 2013 Şənbə 04:23
Muhteşem Yüzyıl serialı heyetinin kiçik diqqetsizliyi sosial şebekede filmi gülüş obyektine çevirib.
Türkiyə baş nazirinin tənqid hədəfi olmuş, bir çox tarixçi tərəfindən də etirazla qarşılanan qalmaqallı “Muhteşem Yüzyıl” (Möhtəşəm əsr) serialı bu yayım ilində 4-cü mövsümə addım atdı. Amma serial heyətinin kiçik diqqətsizliyi sosial şəbəkədə filmi gülüş obyektinə çevirib.

Belə ki, ötən mövsümdə kiçik uşaqlar olan şahzadə Bəyazid və şahzadə Səlim bu mövsüm tamaşaçıların qarşısına böyümüş olaraq çıxıblar. Bu vəziyyətdə təbii olaraq onları başqa aktyorlar əvəzləyib.

Bu dəyişiklik vaxtı gözdən yayınan bir təfərrüat diqqətli tamaşaçıların nəzərindən qaçmayıb. Uşaqlıqda mavi gözlü olan şahzadə Bəyazid indi qəhvəyi, uşaqlıqda gözü qəhvəyi olan şahzadə Səlim isə indi mavi gözlü olaraq tamaşaçıların qarşısına çıxıb.







DOSTLARINLA PAYLAŞ:

oyunlar