Muhteşem Yüzyıl lənətlənib?
15 Oktyabr 2011 Şənbə 11:03
Muhteşem Yüzyıl serialının ssenaristi xərçəng olub, bir aktyor ölüb, baş rolu oynayan isə ayağını qırıb.
Yayımlandığı gündən bəri gündəmdən düşməyən məşhur türk serialı "Muhteşem Yüzıl" əvvəlcə Sultan Süleyman Qanuninin şəxsi həyatının təhrif edilməsi, onun qadın düşgünü kimi göstərilməsi ilə bağlı tənqid olunurdu. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, indi isə İsmayılağa Camaatı "Facebook" sosial şəbəkəsində "Muhteşem Yüzyıl" serialının əcdadlar tərəfindən lənətləndiyini bildirib.

"Onlar əcdadın lənətinə tuş gəliblər. Serialın ssenaristi Meral Okay ağciyər xərçənginə tutuldu. Serialda oynayan Həsən Küsmüş Şişli vilayətində yolda gedərkən başına mərmər düşərək həyatını itirdi. Baş rolün ifaçısı Halid Ergenç isə çəkiliş zamanı ayağını qırmışdı'', deyə "Facebook" da yaradılmış səhifədə bildirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar