Müğənninin ailəsində xoşbəxtlik
31 İyul 2013 Çərşənbə 14:38
Gülyaz Məmmədovanın oğlu bu il ali məktəbə daxil olub.
Əməkdar artist Gülyaz Məmmədovanın oğlu bu il ali məktəbə daxil olub. Axşam.az-ın məlumatına görə, müğənninin övladı Milli Konservatoriyanın estrada fakültəsində təhsil alacaq.
“Oğlum oxumağa meyillidir. Yeniyetmə yaşında səsi dəyişdi, indi düzəlib. Yalçın Rzazadə, Teymur Əmrah kimi sənətkarlar onu dinləyib, çox bəyəndiklərini bildiriblər. Səsi xalasına - Gülyanağa çox bənzəyir, onun tərzində ifa edir. İmtahanlarda öz gücünə yüksək qiymət alıb. Heç istəmirəm ki, bu peşəyə yiyələnsin. Onu tarzən və ya hüquqşünas görmək istəyirəm. Oğlum mənə oxşamayıb, çox iddialıdır, təhsil almağı sevir. Konservatoriyanı bitirdikdən sonra ikinci təhsil alacağını, bu dəfə mən istəyən fakültəyə qəbul olacağına söz verib” - deyə o bildirib.
Əməkdar artist yeniliklərindən də danışıb. Yay istirahətinə vaxt tapmayan ifaçı Nüsrət Kəsəmənlinin sözlərinə bəstələnmiş “Səni unutsam” adlı yeni mahnı hazırlayıb. Yaxın günlərdə təqdim olunacaq mahnıya sənətçi klip də çəkdirəcək.
DOSTLARINLA PAYLAŞ: