Müğənni Zamiqin hamilə arvadı evdən qaçıb
23 İyun 2010 Çərşənbə 12:20
Müğənni Zamiqin hamilə arvadı evdən qaçıb. Nigar Rəfiyeva artıq boşanmaq barədə ərizə verib.
Müğənni Zamiq altı ay bundan öncə ailə həyatı qurduğu Nigar Rəfiyeva ilə boşanır. Xəbəri Rəfiyevanın vəkili Firəngiz Bağırova təsdiqləyib.

F.Bağırova bir ay bundan əvvəl ona müraciət olunduğunu bildirib: “Sənədləri yığıb toplamışıq, məhkəməyə müraciət etmişik. Bizə onun vəkili tərəfindən müraciət daxil olub ki, gedək VVAQ şöbəsində boşanaq. Bununla əlaqədar VVAQ şöbəsinə getməli olmuşuq. Lakin Zamiqin VVAQ-a gəlməsi və boşanmaq heç cür alınmır. Bununla əlaqədar mən öz vəkillik vəzifəmi yerinə yetirib məhkəməyə müraciət edəcəyəm. Nigar xanım bu məsələni nə qədər qısa müddətdə mümkündürsə, o qədər tez həll etmək istəyir”.

Vəkil boşanmanın səbəbini açıqlamayıb: “Səbəbini deyə bilmərəm. Bu, mənim səlahiyyətlərimə daxil deyil. Vəkil kimi irad edə bilməzsiniz. Qanun buna yol vermir. Bircə onu deyə bilərəm ki, Nigar xanım “çox tez müddətdə yenidən Nigar Rəfiyeva olmaq istəyirəm. Mən ordan qaçmışam” deyib”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar