Müğənni Yeganənin toyu oldu
30 Aprel 2010 Cümə 01:20
Yeganə dünyanın ən bahalı avtomobil markalarından olan «Bentley» ilə gəlsə də, toya 40 dəqiqə gecikib.
Müğənni Yeganənin Bakının "Neolit" restoranında qız toyu keçirilib.
Müğənni toya dünyanın ən bahalı avtomobil markalarından olan və Bakıya da yeni gətirilən ikiqapılı «Bentley» markalı maşında gəlib. Toya 40 dəqiqə gec gələn Yeganə və Fateh cütlüyü, üstəlik 1 saata yaxın maşında gözləməli olublar. “Rövşən ritm” qrupunun çıxışından sonra cütlük “Vağzalı” musiqisinin sədaları ilə salona daxil olublar. Daha sonra şampan içilib. Müğənni Zamiqin ifasında “Sən necə də gözəlsən!” mahnısı səslənib və cütlüyün rəqsi hamı tərəfdən maraqla izlənib.
Ümumilikdə, toyun ahəngi pozulmasa da, qonaqların azlığı xüsusi gözə çarpıb. Yeganə və Fateh cütlüyünü təbrik etməyə gələn müğənninin həmkarları və dostları daha çox seçilib.
Qeyd edək ki, Murad Arifin aparıcılığı ilə keçirilən toyu Zamiqin ansamblı müşayiət edib. Toyda Flora Kərimova, Röya, Nura Suri, Natəvan Həbibi, Zamiq, Emil Bədəlov, Nazim, Tunar, Xuraman Şuşalı, Sevda Yəhyayeva, Kərim, Elza Seyidcahan, meyxana ustası Ağamirzə və başqa sənət adamları da iştirak ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: