Müğənni Xatirə İslamın avtomobilini yandırıblar
13 İyul 2009 Bazar Ertəsi 13:30
Hadisə saat 05.00 radələrində müğənnin yaşadığı binanın qarşısında baş verib

 

Müğənni Xatirə İslamın avtomobilini yandırıblar. Bu barədə ANS PRESS-ə müğənninin özü məlumat verib. O bildirib ki, bu gecə saat 05.00 radələrində özünə məxsus 10 NC 111 dövlət nömrə nişanlı “RANGE ROVER” markalı avtomobili naməlum şəraitdə Nərimanov rayonu, Ziya Bunyadov 30 ünvanında yaşadığı binanın qarşısında yandırılıb.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb. Avtomobilə ciddi ziyan dəyib. Yanğının başvermə səbəbləri məlum deyil.

Xatırladaq ki, təqribən bir il bundan əvvəl Xatirə İslamın avtomobili naməlum şəxslər tərəfindən cızılmışdı.

Anar Məmmədov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar