Müğənni Sərxanın yaradıcılıq gecəsi keçirilib
07 Aprel 2009 Çərşənbə Axşamı 18:30
Tədbir Moskvanın Mərkəzi İncəsənət İşçiləri Evində təşkil olunub

 

Rusiyada yaşayan və fəaliyyət göstərən Azərbaycanın əməkdar artisti Sərxan Sərxanın Moskvada yaradıcılıq gecəsi keçirilib. ANS PRESS-in məlumatına görə, Moskvanın Mərkəzi İncəsənət İşçiləri Evində keçirilən gecə çox yüksək səviyyədə təşkil olunub və üç saat davam edib. Sənətçi ona həsr olunan yaradıcılıq gecəsinin ənənəvi olaraq hər il təşkil olunduğunu bildirib. Uzun illərdən bəri rus xalqının sevgisini qazanmış həmyerlimiz 5-6 yaxın dostundan savayı bütün tamaşaçıların ruslardan ibarət olduğunu qeyd edib. Sərxan Sərxan moskvalıların onu artıq öz müğənniləri kimi qəbul etdiyini bildirib. Lakin buna baxmayaraq sənətçimiz hər çıxışında Azərbaycanlı olduğunu xatırladıb.

Zülfiyyə Qurbanova/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar