Müğənni Samiranı hansı xəbər həyəcanlandırdı?
12 Yanvar 2012 Cümə Axşamı 14:42
Yeni ilin ilk "Aysel"i.
Yeni ilin ilk "Aysel"i artıq hazırdır. Müğənni Samiranı uzun fasilədən sonra eşitdiyi hansı xəbər həyəcanlandırdı? Onunla maraqlı müsahibəni və ağ-qara fotosessiyanı yanvar buraxılışında görəcəksiniz.

Kişilər yataqda niyə "yox" deyirlər? Əgər rədd edilənlər sırasında olmaq istəmirsinizsə, "2 daşın arasında" rubrikasını mütləq oxuyun. Həmçinin qadınların intim həyatda ən çox nədən qorxduqlarını da öyrənmiş olacaqsınız.

4 günə 3 kq arıqlamaq istəyirsinizsə, narıncı pəhrizə üz tutun. Adından da bilindiyi kimi bu dietada yalnız narıncı ərzaqlar qəbul edilməlidir.

Kürk hər birimizin arzusudur. Hazırda seçimimizə verilən saysız-hesabsız model və növdən hansını seçmək lazım olduğunu bilmirik. Bu işdə "Aysel" xanımların yardımına gəlir. Bundan başqa geyimdə buraxılan ən böyük səhvləri də təqdim edir. Oxuyun ki, səhvlərdən uzaq olasınız.

Gündüzlər yuxululuq sizi narahat edir? Artıq bu problemə son qoyun. "Həkim məsləhətxanası" rubrikasını oxuyaraq yuxululuğun daşını atın. Ayılmaq vaxtıdır!

Adətən yeni nişanlanan xanımlar üzüklərinin brilyant qaşları ilə hamıya acıq verirlər. "Aysel" məşhurların ən bahalı nişan üzüklərinin siyahısını hazırlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar